İtaliya polisi bazar ertəsi Puqlia bölgəsindən olan Focca mafiyasına üzv olmaqda şübhəli bilinən 82 nəfəri həbs edib. Tribunainfo.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Polisin verdiyi məlumata görə, həbs olunanlar narkotik vasitələrin qanunsuz dövriyyəsi və yayılmasında, habelə qanunsuz silah saxlamaqda ittiham olunurlar. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, adı “Firma” olan təşkilat Focca kommunasında ildə milyonlarla avro dəyərində olan narkotik vasitələrin, əsasən də kokain paylanması üçün saziş bağlayıb. İtaliyanın daxili işlər naziri Matteo Pyantedozi polis əməliyyatını “dövlətin güclü cavabı” nümayiş etdirməsi kimi qiymətləndirib. O, paytaxtı Focca olan Puqlia bölgəsinin qubernatoru Mişel Emiliano tərəfindən dəstəklənərək, hakimiyyət orqanlarının “dövlətin bu bölgədə olduğunu göstərdiyini” söyləyib.