İran üçüncü hərbi peykini kosmosa göndərdiyini açıqladı

28-09-2023, 10:14           
İran üçüncü hərbi peykini kosmosa göndərdiyini açıqladı
İran “Nur-3” adlı ölkənin üçüncü hərbi peykini kosmosa göndərdiyini açıqlayıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur sosial media hesabından paylaşım edib.

İranlı nazir bildirib ki, “Nur-3” adlı peykin yerdən 450 kilometr uzaqlıqdakı orbitə yerləşdirilməsi mərhələsi uğurla başa çatıb.

İlk yerli istehsal peykini 2009-cu ilin fevralında kosmosa göndərən İran 2020-ci ilin aprelində “Nur-1” adlı ilk hərbi peykini kosmosa çıxarıb. 2022-ci ilin martında İran “Nur-2”ni 500 kilometr məsafədə orbitə yerləşdirdiyini elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru