Çexiya ABŞ-dən 24 ədəd “F-35” alacaq

28-09-2023, 11:28           
Çexiya ABŞ-dən 24 ədəd “F-35” alacaq
Çexiya hökuməti milli hava qüvvələri üçün 24 ədəd səsdən sürətli “F-35” qırıcılarının alınmasını təsdiqləyib.

Bu barədə respublikanın baş naziri Petr Fiala mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qırıcıların əldə edilməsi üçün ümumi xərclər 150 milyard kron (təxminən 6,5 milyard dollar) təşkil edəcək.

“İlk təyyarə Çexiyaya 2031-ci ildə, son təyyarə isə 2035-ci ildə gələcək”, - o, qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru