“AvtoVAZ” maşın istehsalını dayandırdı

28-07-2016, 22:30           
“AvtoVAZ” maşın istehsalını dayandırdı
Şirkət yarım ildə 8 qat ziyana düşüb

2016-cı ilin birinci yarısında “AvtoVAZ” şirkətinin itkiləri 27 mlrd rubldan çox olub. Bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Bir il əvvəl eyni dövrdə şirkətin itkiləri 3,3 mlrd manat təşkil edib. Yəni son son bir ildə şirkətin itkiləri 8 dəfə artıb.


May ayında 2016-cı ilin birinci rübünə görə şirkətin 8,6 mlrd rubl ziyana düşdüyü deyilirdi. Bu da ötən ilin eyni dövründən 47 dəfə çoxdur. Bütövlükdə 2015-ci il ərzində itkilər 73,7 mlrd rubl təşkil edib. Bu da 2014-cü ildən 2 dəfə çoxdur.

Bu itkilərin şirkətin gələcək fəaliyyətində şübhələr yaradır.

Xatırladaq ki, iyulun 25-də “AvtoVAZ” işçilərini 3 həftəlik məzuniyyətə göndərib, istehsal isə dayanıb.

azadlıq.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.