AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, ötən il ölkənin hərbi xərcləri 48,0 faiz artıb. Bu, təxminən 3 trilyon rubl deməkdir. Bu məlumatı Movkva Birləşmiş Millətlər Təşkilatına (BMT) təqdim edib.
Bununla bərabər, «RBK» qeyd edir ki, bəyan edilən xərclərin həcmi ötənilki büdcədə yer almış milli müdafiə xərcləri ilə müqayisədə onsuz da aşağı göstərilib. Milli müdafiə xərcləri ötən ilin dövlət büdcəsində 3 trilyon rubldan yuxarı olub.