Gürcüstanda daha iki nazir istefa verdi

29-07-2016, 09:49           
Gürcüstanda daha iki nazir istefa verdi
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili müdafiə naziri Tinatin Xidaşeli və Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvilinin istefasını qəbul edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, bu gün hər iki nazir istefa ərizəsi ilə baş nazirə müraciət ediblər. İstefa ərizələrində səbəb nazirlərin “Respublika Partiyası”nın xətti ilə payızda keçiriləcək parlament seçkilərində iştirakı ilə bağlıdır.

Gürcüstanın baş naziri ölkənin müdafiə naziri T. Xidaşelinin və barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvilinin istefa ərizəsini təmin edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.