Hava limanı işçiləri tətilə başladı

2-02-2024, 10:34           
Hava limanı işçiləri tətilə başladı
Almaniyada bir neçə hava limanının təhlükəsizlik xidməti əməkdaşları kütləvi tətillər keçirməyə başlayıblar.

Modern.az xəbər verir ki, Frankfurt, Hamburq, Bremen, Berlin, Leipziq, Düsseldorf, Köln, Hannover, Ştutqar, Erfurt ve Drezden şəhərlərində yerləşən hava limanlarının təhlükəsizlik xidməti işçiləri əməkhaqqının artırılması ilə bağlı razılığa gələ bilmədikləri səbəbindən tətil keçirməyə qərar veriblər.

Bu isə təqribən 25 min işçini əhatə edir.

Almaniya Hava Limanları Birliyi hadisə nəticəsində 1100 reysin ləğv ediləcəyini və ya təxirə salınacağını açıqlayıb. Bildirilib ki, nəticədə 200 min sərnişinin daşınmasında problem yaranacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru