Rusiyanın paytaxtı Moskvanın Taqanski Rayon Məhkəməsi ABŞ-nin “Amazon” şirkətini çıxışı məhdudlaşdırılan məlumatları silməkdən dəfələrlə imtina etdiyinə görə 2 milyon rubl cərimələyib.
Bu barədə TASS məlumat yayıb.
Məlumata görə, təşkilat ləğv edilməli olan məlumatları silməməkdə təqsirli bilinir (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsi).
“Amazon” qanunu pozduğuna görə Rusiyada dəfələrlə məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında şirkət narkotik vasitələri təbliğ edən qadağan olunmuş məzmunu silməkdən imtina etdiyinə görə Rusiya tərəfindən 3 milyon rubl, ötən ilin noyabrında isə ölkədə qadağan olunmuş məlumatların yerləşdirilməsinə görə 1 milyon rubl məbləğində cərimələnib.