Daha bir ölkə dörd günlük iş tətbiqinə başlayıb

2-02-2024, 12:15           
Daha bir ölkə dörd günlük iş tətbiqinə başlayıb
Dominikan Respublikası dörd günlük iş rejiminə keçməyə hazırlaşır.

Artıq Dominikan Respublikasının Əmək Nazirliyi vətəndaşların iş vaxtını həftədə 44 saatdan 36 saata endirməyi hədəfləyən pilot layihəni işə salıb.

Proqram altı ay müddətində sınaqdan keçiriləcək.

Bu müddət ərzində pilot layihəyə könüllü olaraq qoşulan şirkətlər iş vaxtının azaldılmasının əmək məhsuldarlığına təsirini qiymətləndirəcəklər.

Qeyd edək ki, son illərdə dünyanın bir sıra ölkələrində dörd günlük iş həftəsinə keçidlə bağlı qərarlar verilib. Bu sırada Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Belçika, İngiltərə, Uels kimi ölkələrin adını qeyd edə bilərik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru