Almaniyanın bütün şəhərlərində sürücülər tətil edir

3-02-2024, 08:57           
Almaniyanın bütün şəhərlərində sürücülər tətil edir
Almaniyada demək olar ki, bütün ölkə üzrə şəhər ictimai nəqliyyatın işçiləri tətillər keçirir.
Axar.az yerli mediaya istinadən xəbər verir ki, tətillərdə avtobus, tramvay sürücüləri və metro qatarlarının maşinistləri iştirak edir.
Tətil Bavariya istisna olmaqla, bütün federal torpaqlarda keçirilir.
"Ver.di" həmkarlar ittifaqının məlumatına görə, etiraz aksiyası keçirməyən yeganə böyük şəhər Axen və Mannheim-Heidelberq-Ludvigshafen bölgəsidir.
Etiraz aksiyalarının sabah başa çatacağı bildirilir.
Həmkarlar ittifaqı Almaniyada inflyasiyanın artması və iş şəraitinin yaxşılaşması fonunda 90 min üzvünün maaşının artırılmasını tələb edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru