Finlandiya Rusiya ilə sərhəd-keçid məntəqələrini açmaqdan imtina edib
4-02-2024, 00:15
Finlandiya hökuməti Rusiya ilə sərhəddə nəzarət-buraxılış məntəqələrini aça bilməz, çünki sərhədyanı ərazilərdə vəziyyəti ciddi və həyəcanverici hesab edir.
Azpost.info xəbər verir ki, bunu Finlandiya hökumətinin başçısı Petteri Orpo bildirib.
O əlavə edib ki, sərhədi qanunsuz keçmə ilə mübarizə tədbirləri də işlənib hazırlanmalıdır.