XİN rəsmisi: "Rusiya Arktika Şurasından çıxa bilər"

6-02-2024, 16:38           
XİN rəsmisi: "Rusiya Arktika Şurasından çıxa bilər"
Rusiya Arktika Şurasından çıxa bilər.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Nikolay Korçunov bildirib.

Onun sözlərinə görə, şura minimal səviyyədə fəaliyyət göstərir və təşkilatın hazırkı sədri Norveçin öz işini tam şəkildə bərpa etmək cəhdləri başqa iştirakçılar tərəfindən dəstəklənmir. N.Korçunov qeyd edib ki, Arktika Şurasının fəaliyyəti Moskvanın maraqlarına uyğun gəlmirsə, Rusiya təşkilatdan çıxmalıdır: “Müvafiq olaraq, biz xarici siyasətdə manevrlər üçün bütün variantlara malik olmalıyıq”.

Qeyd edək ki, Artika Şurası regionda, xüsusən də ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq üçün hökumətlərarası forumdur. Qurum 1996-cı ildə yaradılıb və təşkilatda Danimarka, İslandiya, Kanada, Norveç, Rusiya, ABŞ, Finlandiya və İsveç təmsil olunur. Rusiya 2021-ci ilin may ayından quruma sədrlik edir. Qərb ölkələri Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə etiraz olaraq 2022-ci ilin martında Artika Şurasında iştirakını dayandırıb. 2023-cü ilin mayından təşkilata Norveç sədrlik edir.

Mənbə: report.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru