Böyük Britaniya Kralı III Çarlzın kiçik oğlu şahzadə Harri xərçəng diaqnozu qoyulan atası ilə görüşmək üçün ABŞ-dan Böyük Britaniyaya gəlib. Axar.az xəbər verir ki, bu barədə “Tayms” qəzeti məlumat yayıb. Bildirilib ki, şahzadənin həyat yoldaşı Meqan Markl və övladları onunla birgə Britaniyaya gəlməyiblər. Qeyd edək ki, 4 il öndə həyat yoldaşı ilə ABŞ-a köçən Harri sonuncu dəfə ötən ilin sentyabrında Britaniyaya gəlmişdi.