Rusiya və Qazaxıstanda çayların məcrasından çıxması rekord daşqınlara səbəb olub

12-04-2024, 11:34           
Rusiya və Qazaxıstanda çayların məcrasından çıxması rekord daşqınlara səbəb olub
Rusiya və Qazaxıstandakı böyük çayların məcrasından çıxaraq, bu ərazilərdə təxminən bir əsrin ən güclü daşqınlarına səbəb olmasından sonra cümə axşamı Rusiyanın Orenburq şəhərində də böyük fəsadlar yaradıb.

Ərimiş qar suları Xəzərə axan Ural kimi böyük çayların məcrasından çıxmasına və Rusiyanın Ural dağları, Sibir və Qazaxıstanda 110 mindən çox insanın evini tərk etməsinə səbəb olub.

Orenburq şəhəri sakinlərinin bildirdiyinə görə, Uralda suyun səviyyəsi ən yüksək həddinə çatdığı və çox sürətlə axdığına görə, onları uşaqlarını, ev heyvanlarını və bir neçə əşyaları götürüb qaçmağa məcbur edib.

71 yaşlı Taisiya Reuters agentliyinə Moskvadan təxminən 1200 km şərqdə yerləşən, 550 min əhalisi olan Orenburqda "Çox tez gəldi. Hazırlaşana qədər, artıq gec idi, evdən çıxa bilmədim" deyib.

Şəhərin bütün məhəllələri suyun altında idi. Ural daha 32 sm qalxaraq, yerli hakimiyyət orqanlarının təhlükəsiz hesab etdiyi 10,54 metr səviyyədən 124 sm yuxarı qalxdı. Rəsmilər çayın daha da yüksələcəyi ilə bağlı xəbərdarlıq edib.

Dünyanın ən böyük karbohidrogen hövzəsi olan Qərbi Sibirin cənub hissələri və Avropanın ən böyük çayı olan Volqanın yaxınlığındakı bəzi yerlərdə su səviyyəsinin füksəlməsinə baxmayaraq, daşqınlar Rusiyanın Uralına və Qazaxıstanın şimalına daha çox təsir edib.

Sibirin Ob çayının qolu olan Tom çayı üzərində yerləşən Tomskda və Tobol çayının sahilində yerləşən Kurqanda da suyun səviyyəsi yüksəlib.

Cümə günü Ural çayının Orenburqdan yuxarı axarında yerləşən Orskda bəndi yarmasından sonra bəzi sakinlər yerli məmurların vəziyyəti necə idarə etməsindən qəzəblənərək, daha çox təzminat tələb edib və prezident Vladimir Putindən yardım istəyib.

Kreml Putinin vəziyyətlə bağlı mütəmadi olaraq məlumatlandırıldığını, lakin təcili xidmətlər suların qalxmasının qarşısını almağa çalışdığı bir vaxt hazırda onun əraziyə səfər etmək planının olmadığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.