Misir iqtisadiyyatının sabitləşməsinə kömək məqsədilə ölkəyə 1 milyard avroluq dəstək veriləcək.
Bu barədə AB Şurası açıqlama verib. Açıqlamada 1 milyard avroluq maliyyə yardımının birinci mərhələ olduğu, ikinci mərhələdə isə 2024-2027-ci illər üçün 4 milyard avro və daha çox köməyin təmin ediləcəyi bildirilib.