Britaniya kral ailəsinin ən məşhur üzvünün adı AÇIQLANDI

13-04-2024, 10:43           
Britaniya kral ailəsinin ən məşhur üzvünün adı AÇIQLANDI
“YouGov” analitik şirkəti Britaniya kral ailəsinin ən populyar üzvlərinin adını açıqlayıb.

Məlumata görə, birinci yeri Britaniya taxtının varisi şahzadə Uilyamın həyat yoldaşı Keyt Middlton tutur. Britaniyalıların 76%-i ona yaxşı münasibət bəsləyirlər. Şahzadə Uilyamın özü 73%-lə ikinci yerdədir.

Kral III Çarlzın böyük bacısı Şahzadə Anna da məşhur imiş. Britaniyalıların 71%-i onu bəyənirlər.

Monarxı təbəələrinin 63%-i sevir, 30%-i isə ona mənfi münasibət bəsləyirlər. Çarlz kral ailəsinin populyarlığı artan azsaylı üzvlərindən biridir və bu tendensiya onun tacqoyma mərasimindən xeyli əvvəl başlayıb.
Britaniya xalqının azyaşlı qıza təcavüz etməkdə şübhəli bilinən Şahzadə Endryuya qarşı münasibəti çox pisdir. Sorğu iştirakçılarının 86%-i Endryuya qarşı olduqlarını bildiriblər, Şahzadə Harri və həyat yoldaşı Meqan Marklı isə müvafiq olaraq 61 və 64% bəyənməyib. “YouGov”un fikrincə, Harri və Meqan Marklın populyarlığına onların ABŞ-yə köçməsi və Harrinin xatirələrini dərc etməsi zərər verib.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru