Dünyada qızıla tələb son 8 ilin ən yüksək səviyyəsinə çatıb - HESABAT

1-05-2024, 00:07           
Dünyada qızıla tələb son 8 ilin ən yüksək səviyyəsinə çatıb - HESABAT
Qlobal qızıl tələbi bu ilin birinci rübündə illik müqayisədə 3% artaraq 1238,3 tona çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya Qızıl Şurası birinci rüb üzrə “Qlobal Qızıl Trendləri” hesabatını dərc edib.

Bu, başda Çin və Hindistan olmaqla, Asiyadan gələn tələb və mərkəzi bankların alışlarının artması ilə əlaqədardır. Hesabata dövründə Asiyadan mərkəzi bankların və investorların güclü alışları nəticəsində qızıla tələb 2016-cı ildən bəri ən yüksək səviyyəyə çatıb.

Birinci rübdə dünyada zərgərlik məmulatlarına tələbat 2% azalaraq təxminən 479 tona düşüb. Bu dövrdə investisiya məqsədi ilə qızıl (sikkələr və qızıl külçələri) alışında artım müşahidə olunub.

Dünya Qızıl Şurasının hesabatına görə, mərkəzi bankların qızıl alışları 1% artaraq 290 tona çatıb. Bu, mərkəzi bankların qızıl alışları üçün ilin ən güclü başlanğıcı olub.

Bundan əlavə, qızılın unsiya qiyməti birinci rübdəki sürətli artım səbəbindən orta hesabla 2070 dollara yüksəlib. Ötən ilin eyni rübü ilə müqayisədə qızılın unsiya qiymətində isə 10% artım olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru