BMT İsrail və HƏMAS rəhbərliyinə çağırış edib

1-05-2024, 11:08           
BMT İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
Qəzza xalqının rifahı naminə İsrail və HƏMAS rəhbərliyini razılığa çağırıram.

Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş təşkilatın Nyu-Yorkdakı qərargah binasında jurnalistlərə açıqlamasında deyib.

“Mən dəfələrlə tərəfləri humanitar atəşkəsə, bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsinə və humanitar yardımın bölgəyə rahat şəkildə çatdırılmasına dair çağırışlar etsəm də, təəssüf ki, nəticə əldə olunmayıb. Yenə də danışıqlar gedir. Əgər razılaşma əldə olunmasa, həm Qəzzada, həm də regionda vəziyyətin daha da pisləşəcəyindən qorxuram”, – Baş katib bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru