Norveç xüsusi xidmət orqanları Rusiya casus şəbəkəsini ifşa etdi

4-05-2024, 00:10           
Norveç xüsusi xidmət orqanları Rusiya casus şəbəkəsini ifşa etdi
Norveç Polisinin təhlükəsizlik xidməti (PST) Rusiya kəşfiyyat agentlərinin Qərbi Norveçdə fəaliyyət göstərdiyini aşkar edib və Rusiyanın kritik infrastruktura qarşı təxribat hazırlaya biləcəyini ehtimal edir.

Qaynarinfo xəbər verir ki, bu barədə PST-nin Qərbi Norveç üzrə rəhbəri Torqils Lutro bu barədə NRK-ya müsahibəsində danışıb.

Bu bölgədə Şimali Avropanın ən böyük hərbi-dəniz bazası olan Haakonsvern, həmçinin Monqstad, Kolsnes və Sture kimi mühüm neft və qaz, həmçinin elektrik stansiyaları və elektrik enerjisi ilə bağlı digər obyektlər yerləşir.

"Biz görürük ki, Rusiyanın bəzi niyyətləri təxribat aktları hazırlamaq ola bilər. Onlar bütün ərazidə fəaliyyət göstərir və hərəkət edirlər", - Lutro bildirib.

Xüsusilə, PST bir neçə Rusiya agentini ifşa etdiyini iddia edir. Qurum onların dəqiq sayını açıqlamır.

Lutro hesab edir ki, Rusiya şəxsi mənfəətindən əlavə, müttəfiqləri arasında Norveçin reputasiyasına xələl gətirmək istəyir.

"Aydındır ki, Rusiyanın məqsədlərindən biri bizi pis göstərməkdir. Onlar göstərməyə çalışacaqlar ki, biz özümüzə nəzarət etmirik və ya potensial gələcək vəziyyətlərdə ixracatla müttəfiqlərimizə kömək edə bilməyəcəyik", - rəsmi bildirib.

PST iddia edir ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücumundan sonra Norveç ərazisində Rusiya kəşfiyyat fəaliyyətini aktivləşib.

"Rusiya kəşfiyyat agentləri kritik və həssas infrastruktur və hərbi qurğular kimi müxtəlif hədəflərə qarşı işləyirlər. Onların da açıq məqsədi Norveçin fövqəladə hallar planlarını ifşa etməkdir", - Lutro bildirib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fonunda Norveç hakimiyyəti Rusiyanın Norveçdəki səfirliyinin 15-dən çox əməkdaşını kəşfiyyat fəaliyyətində şübhəli bilinərək ölkədən çıxarıb. Nəticədə Rusiya kəşfiyyat vasitələrini yenidən nəzərdən keçirməli olub.

"Bu agentlərin kim olduğunu öyrənmək bizim üçün asan deyil. Onlar kütlə ilə qarışırlar, bu da onların işidir. Onların Rusiya vətəndaşlığı olması şərt deyil, lakin onlar Rusiya adından hərəkət etməyə həvəsləndirilə bilər, məsələn, pul və ya hədə-qorxu ilə”, - Lutro izah edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.