ABŞ İsraillə münasibətləri normallaşdırmadan Ər-Riyadla müqavilə bağlamayacaq

5-05-2024, 15:44           
ABŞ İsraillə münasibətləri normallaşdırmadan Ər-Riyadla müqavilə bağlamayacaq
Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Vaşinqtonda nəşrin təşkil etdiyi tədbirdə deyib.

Sallivanın sözlərinə görə, bu, Amerika tərəfinin Yaxın Şərqdə sülhün bərqərar olması üçün zəruri olan vəziyyətə hərtərəfli baxışıdır. Prezidentin köməkçisi qeyd edib ki, bura ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi, Təl-Əviv və Ər-Riyad arasında münasibətlərin normallaşdırılması və Fələstin xalqının maraqlarına uyğun mənalı addımlar daxildir: "Bütün bunlar bir araya gəlməlidir, bir hissəni digərlərindən ayırmaq mümkün deyil".

Ər-Riyad müdafiə paktı bağlamaq üçün Vaşinqtonla danışıqlar aparır. Təhlükəsizlik zəmanəti müqabilində Səudiyyə Ərəbistanı İsraillə tam diplomatik əlaqələr qura bilər. Mümkün alternativ kimi Vaşinqton Ər-Riyada NATO-dan kənar əsas müttəfiq statusunu təklif etməyə və ya Birləşmiş Ştatlar və Bəhreyn arasındakı razılaşmaya bənzər pakt bağlamağa hazırdır. Bu saziş çərçivəsində ölkələr ikitərəfli məsləhətləşmələrdən sonra hərbi-texniki və kəşfiyyat sahələrində əməkdaşlığa, eləcə də istənilən xarici təcavüzə müqavimət göstərməyə razılaşıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.