Ukraynalı deputat Kişinyovda saxlandı və…

5-05-2024, 16:44           
Ukraynalı deputat Kişinyovda saxlandı və…
Ukrayna Ali Radasının deputatı, Krım tatarlarının lideri Mustafa Ağanın köməkçilərindən biri - Erol Vəliyev Moldovada saxlanılıb.

Musavat.com bildirir ki, bu barədə Ukraynadakı diasporumuzun fəal üzvü, iş adamı Yalçın Qəhrəmanoğlu bildirib.

Onun məlumatına görə, deputat Kişinyov hava limanında Rusiyanın tələbi ilə saxlanılıb.

“Ciddi müdaxilələrdən sonra Erol bəy azad olundu və artıq Kiyevə qayıdır. Erol bəy vətənpərvər insan, layiqli dostdur. Rusiya zəiflədikcə daha da aqressivləşir. Amma nə edir-etsinlər, mütləq məğlub olacaqlar”, - Y. Qəhrəmanoğlu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru