ABŞ İsrailə mərmi tədarükünü dayandırıb...

6-05-2024, 09:54           
ABŞ İsrailə mərmi tədarükünü dayandırıb...
2023-cü ilin oktyabrında Qəzza zolağında vəziyyətin gərginləşməsindən sonra ilk dəfə olaraq ABŞ İsrailə sursat tədarükünü dayandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Axios portalı İsrail rəsmilərinə istinadən yazır.

Qeyd olunur ki, çatdırılma ötən həftə dayandırılıb. Jurnalistlər yazır ki, bu, İsrail hökumətində “ciddi narahatlığa” səbəb olub.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant yaxın vaxtlarda Rəfahda əməliyyat keçirəcəyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru