BVF dünya iqtisadiyyatının üç bloka bölündüyünü bildirib
9-05-2024, 08:38
Qlobal iqtisadiyyatda parçalanmanın öhdəsindən gəlmək üçün, Qopinatın fikrincə, xüsusən də mövcud qanunvericilik bazasına hörmətlə yanaşmaq lazımdır.
Dünya iqtisadiyyatı geosiyasi problemlərə görə üç bloka bölünüb: Çin, ABŞ ətrafında birləşənlər və bloklara qoşulmayanlar.
"Gazeta.Ru" yazıb ki, bunu Beynəlxalq Valyuta Fondunun direktorunun birinci müavini Gita Qopinat bildirib.
Stenford Universitetində çıxış edən BVF iqtisadçısı qlobal iqtisadiyyatın artan parçalanmasına işarə edərək, xatırladıb ki, "ABŞ idxalında Çinin payı son altı ildə ticarət mübahisələri səbəbindən 8 faiz bəndi azalıb, eyni dövrdə ABŞ-ın Çin idxalında payı 4 faiz azalıb".
"Rusiya ilə Qərb ölkələri arasında birbaşa ticarət isə Ukraynada xüsusi hərbi əməliyyatın başlamasından və sanksiyalardan sonra iflasa uğrayıb", – Qopinat əlavə edib.
Onun fikrincə, Çin və ABŞ arasındakı rəqabət qlobal ticarətə elə də çox təsir göstərməyib, çünki üçüncü ölkələr, ilk növbədə, Meksika və Vyetnam, sanki "birləşdirici"yə çevriliblər.
Qlobal iqtisadiyyatda parçalanmanın öhdəsindən gəlmək üçün, Qopinatın fikrincə, xüsusən də mövcud qanunvericilik bazasına hörmətlə yanaşmaq lazımdır.
"Bu, beynəlxalq valyuta sisteminə inamı artırmağa kömək edərdi", - iqtisadçı əmindir.
Daha əvvəl Beynəlxalq Valyuta Fondunun Avropa Departamentinin direktoru Alfred Kammer bildirmişdi ki, Rusiyanın suveren aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsi məsələsi qlobal valyuta sistemi üçün risklər daşıyır.
Sputnik