Tramp bəzi müsəlman ölkələrdən ABŞ-a səyahət qadağasını bərpa edəcəyini deyir

10-05-2024, 12:14           
Tramp bəzi müsəlman ölkələrdən ABŞ-a səyahət qadağasını bərpa edəcəyini deyir
Respublikaçılar Partiyasından ABŞ prezidentliyə ehtimal edilən namizəd Donald Tramp seçiləcəyi təqdirdə, yeni administrasiyasının ilk günündə müsəlmanların əksəriyyət təşkil etdiyi bəzi ölkələrdən ABŞ-a səyahət qadağasını bərpa edəcəyini deyib. Səyahət qadağası onun prezident kimi ilk müddətinin mübahisəli hissəs olub və bu qadağa prezident Co Bayden tərəfindən ləğv edilib.

Donald Tramp 2016-cı ildə prezidentliyə namizədliyini irəli sürərkən, İslam ölkələrindən terrorçuları uzaqlaşdırmaq üçün ABŞ immiqrasiyasını dəyişdirəcəyini vəd etmişdi.

"Biz radikal islam terrorçularını ölkəmizdən 100 faiz uzaqlaşdıracağıq. Başqa seçimimiz yoxdur. Başqa seçimimiz yoxdur."

Vəzifəyə gələn kimi Tramp yeddi müsəlman ölkəsindən ABŞ-a səyahəti qadağan etmişdi. Bu, Amerika Vətəndaş Azadlıqları İttifaqı da daxil olmaqla, etirazlar və hüquqi çağırışlara yol açmışdı.

"Əgər real təhdidlər varsa, o zaman bu təhdidlər fərdi qaydada araşdırılmalıdır. Ancaq hər hansı bir qrup və ya dinin digər bir qrupdan daha təhlükəli olduğunu düşünməməliyik" - deyə, Amerika Vətəndaş Azadlıqları Birliyindən Li Gelernt bildirib.

Səyahət qadağası ABŞ Ali Məhkəməsində belə qaldırıldı, orada mühafizəkar əksəriyyət qadağanı dəstəklədi. Tramp bunu onlayn alqışladı.

"Biz sərt və təhlükəsiz olmalıyıq".

Co Bayden 2020-ci ildə Trampın səyahət qadağasına qarşı kampaniya aparıb.

"Bilirsiniz, müsəlmanlara qarşı nifrət və təcridi təbliğ edən və uydurma qadağaları - müsəlmanlara səyahət qadağalarını təbliğ edən bir prezidenti qəbul etməli deyilsiniz."

O, prezident olanda bu qadağaya son qoyub. Dörd il sonra Tramp Viskonsin ştatında tərəfdarlarına deyib ki, Yaxın Şərqdə baş verən hadisələr onu daha bir səyahət qadağasının vaxtı gəldiyinə inandırır.

“Amerika Birləşmiş Ştatlarında cihada ehtiyac yoxdur. Böyük şəhərlərimizin terror yuvasına çevrilməsinə ehtiyac yoxdur. Və Trampın prezidentliyinin ilk günündə mən səyahət qadağasını bərpa edirəm, qaçqınların qəbulunu dayandırıram və əvvəllər olduğu kimi terrorçuları ölkəmizdən uzaqlaşdırıram”.

Bayden immiqrantların ABŞ-a töhfələrini müdafiə edib və bir qrup kampaniya donorlarının ksenofobluğundan digər ölkələrin əziyyət çəkdiyini deyib.

“Niyə Çin iqtisadi cəhətdən belə pis vəziyyətdədir? Yaponiya niyə problem yaşayır? Rusiya niyə? Niyə Hindistan? Çünki onlar ksenofobikdir. Onlar immiqrant istəmir. Bizi güclü edən immiqrantlardır. Zarafat deyil. Bu hiperbola deyil. Çünki bizdə burada olmaq və sadəcə töhfə vermək istəyən işçi axını var”.

Aprel ayında Harvard CAPS-Harris sorğusu immiqrasiyanın inflyasiya ilə əlaqəsinin ABŞ seçicilərinin əsas problemi olduğunu göstərib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.