Ukrayna ilk F-16-ları yayda alacaq 11-05-2024, 10:04 Ukrayna Hərbi Hava Qüvvələri ilk F-16-ları bu ilin yayında (iyun-iyul aylarında) alacaq.Bu barədə “Reuters” məlumat yayıb.Agentliyin həmsöhbəti olan ukraynalı yüksək vəzifəli mənbə təyyarələri hansı ölkənin verəcəyini bildirməyib.Qeyd edək ki, Danimarka, Hollandiya, Norveç və Belçika Ukraynaya F-16 təhvil verməyi öhdəsinə götürüb. Facebook-da paylaş