İnflyasiyanın artması ilə Argentina 10 min pesoluq yeni əskinaslar çap etməyə başlayacaq

13-05-2024, 10:57           
İnflyasiyanın artması ilə Argentina 10 min pesoluq yeni əskinaslar çap etməyə başlayacaq
Argentinada son aylarda qiymətlər o qədər kəskin şəkildə artıb ki, hökumət ən böyük əskinasının dəyərini beş qat artıraraq 10 min pesoya çıxarıb və o təxminən 10 dollara bərabərdir.

Mərkəzi Bankın çərşənbə axşamı etdiyi açıqlamada kiçik tranzaksiyalar üçün belə böyük çantalar, bəzən hətta çemodanla dolu pul daşımalı olan argentinalıların yükünü yüngüləşdiriləcəyi vəd edilmişdi. Argentinanın illik inflasiya səviyyəsi mart ayında 287 faizə çatıb ki, bu bütün dünyada ən yüksək inflasiya səviyyələtindən biridir.

Mərkəzi bank bildirib ki, əvvəlki ən böyük əskinasdan beş qat dəyərli olan yeni əskinasın “istifadəçilər arasında tranzaksiyaları asanlaşdırmaq” məqsədilə gələn ay istifadəyə veriləcəyi gözlənilir. 10 min pesoluq əskinas ölkənin rəsmi məzənnəsinə əsasən 11 dollara, qara bazar məzənnəsinə görə isə 9 dollara bərabərdir.

Argentinada sərt valyuta, xüsusilə də 1000 pesoluq əskina hələ də ən populyar ödəniş yolu olaraq qalır. 1000 pesoluq əskinas ilk dəfə 2017-ci ildə çap olunanda qara bazarda 58 dollar dəyərində idi. İndi isə onun dəyəri 1 dollara bərabərdir.

Argentinanın son iyirmi ildə yaşadığı ən pis maliyyə böhtanının gətirdiyi qeyri-sabitlik səbəbilə satıcılar böyük alış-verişlər üçün nağd pulla ödənişə üstünlük verirlər və elektron köçürmələr əvəzinə kağız əsginaslardan istifadəni təşviq etmək üçün böyük endirimlər təklif edirlər.

Argentinanın ötən dekabr vəzifəyə gələn libertar prezidenti Havier Milei seçki kampaniyası zamanı inflasiya ilə mübarizə aparmağı və keçmiş solçu hökumətlərin dövlət xərcini maliyyələşdirmək üçün pul çap etmək siyasətini dəyişdirərək yerli valyutanı sabitləşdirməyi vəd etmişdi.

Ancaq bu arada onun sərt qənaət siyasəti nəticəsində qiymətlər ABŞ və Avropa səviyyəsinə qədər yüksəlib və bu, adi argentinalıların iqtisadi çətinliklərini artırıb. Cümə axşamına ölkə boyu kütləvi etiraz planlaşdırılıb.

İllik inflasiya yüksək olaraq qaldığı bir vaxtda belə, Milei ötən dekabr ayından bəri Argentinada aylıq inflasiya səviyyəsinin tədricən azaldığına istinad edərək, planının işlədiyini təkid edib.

Yeni 10 minlik pesonun üzərində Argentinanın qurucu atası Manuel Belqranonun və ölkənin Müstəqillik müharibəsi zamanı mübarizə apararaq şöhrət qazanan ordu kapitanı olan qaradərili argentinalı qadın Maria Remedios del Vallenin kiçik portretləri təsvir olunub.

Argentinanın mərkəzi bankı bildirib ki, bu ilin sonunda daha böyük – 20 min pesoluq əskinas təqdim edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.