ABŞ və Yaponiya hipersəs silahları “ələ keçirən” qurğu yaradacaq

16-05-2024, 11:34           
ABŞ və Yaponiya hipersəs silahları “ələ keçirən” qurğu yaradacaq
ABŞ və Yaponiya hipersəs silahları “ələ keçirən” qurğunun yaradılması haqqında saziş imzalayıblar.

Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Yaponiya bu qurğunun hazırlanması üçün raket mühərrikləri və hərəkətverici komponentlər hazırlayacaq.

Pentaqonun mətbuat xidmətinin məlumatına görə, ABŞ və Yaponiya hipersəs silahları “ələ keçirən” qurğunun birgə hazırlanmasına dair sazişlərin hazırlanmasını başa çatdırıb və onu imzalayıblar.

Xatırladaq ki, Yaponiya və ABŞ ötən il Baş nazir Fumio Kisida ilə Prezident Co Bayden arasında keçirilən görüşdə hipersəs silahların “ələ keçirilməsi” üçün yeni raketin hazırlanması barədə razılığa gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru