Mosul əməliyyatı İraqı xaosa aparacaq - İddia

3-10-2016, 10:32           
Mosul əməliyyatı İraqı xaosa aparacaq - İddia
Mosul əməliyyatının sürətləndirilməsi İraqı daha çox xaosa sürükləyir.

Axar.az xəbər verir ki, bu iddianı “Vaşinqton Post” irəli sürüb.

“Mosul terrorçulardan təmizləndikdən sonra İraq və ABŞ hökumətlərinin ölkənin gələcəyi ilə bağlı konkret strateji planları yoxdur. Əməliyyat yaxınlaşdıqca etirazlar da çoxalır. İŞİD məhv edildikdən sonra, digər qruplaşmalar öz aralarında savaşlara başlayacaq. Kürdlərlə şiələrin anlaşmazlığı, Türkiyənin İraqa müdaxilə ehtimalı ölkə üçün yaxşı heçnə vəd etmir. Bundan əlavə, “Haşdi Şabi” qruplaşmasının Mosul əməliyyatında iştirakı ilə bağlı xeyli mübahisələr mövcuddur. Bütün bu amillər nəzərə alındıqda, İraq daha çox xaosa sürüklənəcək”, - məlumatda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru