“Məni sərhəddə alqışla qarşılayacaqlar…” –Saakaşvilidən gürcü iqtidarına ismarıc

4-10-2016, 23:47           

Gürcüstanın eks-prezidenti, Odessa vilayətnin qubernatoru Mixail Saakaşvili bir daha bəyan edib ki, vətəninə qayıdacaq.

Saakaşvili onu sərhəddə yerli sakinlərin alqışla qarşılayacaqlarına əmin olduğunu da vurğulayıb.

“Mən, mütləq qayıdacağam və yeni hökumətin komlektləşməsinə fəal qoşulacağam. Məni həbs etməyi vəd edənlər, sərhəddə məni alqışla qarşılayacaqlar…

Əziz Gürcüstan vətəndaşarı, bizim görüşməyimizə bir neçə gün qalır, cəmisi bir neçə gündən sonra Gürcüstanın yeni gələcəyi başlayacaq”, – deyə, o, bildirib(Modern.az).

Xatırladaq ki, bundan əvvəl Gürcüstanın daxili işlər naziri Qeorqi Mqebrişvili bəyan edib ki, əgər Saakaşvili bu ölkəyə dönərsə, saxlanılacaq.

Onunla yanaşı, Gürcüstanın indikii hakimiyyətini "pərdə arxası"ndan yönəldən milyarder Bidzina İvanaşvili də Saakaşvilini hədləyib. Deyib ki, Saakaşvili ölkəyə dönərsə, onu həbs edib, həbsxanada komfort kameraya yerləşdirəcəkllər.

Strateq.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru