ABŞ-da ''McDonald's''ın müştəriləri silahlılar tərəfindən girov götürülüb

9-10-2016, 01:30           
ABŞ-da ''McDonald's''ın müştəriləri silahlılar tərəfindən girov götürülüb
ABŞ-ın Florida ştatının Leyklend şəhərində yerləşən "McDonald's" restoranının müştəriləri naməlum şəxslər tərəfindən girov götürülüb.

"Report" xəbər verir ki, bu barədə şənbə günü ABC telekanalı məlumat yayıb.

Məlumata görə, bir qrup silahlı şəxs əvvəlcə avtomobil qaçırıb, daha sonra sözügedən restorana daxil olaraq oranın müştərilərini girov götürüblər.

Hadisə yerinə polis əməkdaşları və yerli şerif gəlib, ərazi mühasirəyə alınıb.

Polis, hələ ki, canilərin və girov götürülənlərin dəqiq sayını bilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru