Adolf Hitlerin özünün yazdığı ilk tərcümeyi-halı – Tapılıb

9-10-2016, 01:31           
Adolf Hitlerin özünün yazdığı ilk tərcümeyi-halı – Tapılıb
Bunu şotlandiyalı alim Tomas Veber iddia edir

Şotlandiyalı tarixçi Tomas Veber iddia edir ki, 1923-cü ildə dərc olunan “Adolf Hitler: həyatı və çıxışları” kitabı diktatorun özü tərəfindən yazılıb.

“Report” “Frans Press”ə istinadən xəbər verir ki, Veberin CAR-da araşdırdığı bir sıra sənədlər böyük ehtimal ilə onu göstərir ki, kitab əvvəllər hesab olunduğu kimi hərbçi Baron Adolf Viktor fon Kerber tərəfindən deyil, məhz Hitlerin özü tərəfindən yazılıb.

Tərcümeyi-halda Hitlerin çıxışlar toplusu yer alıb ki, burada o özünü İsa Məsih (ə) ilə müqayisə edir və iddia edir ki, onun nitqləri “Yeni İncil” olmalıdır.

Veberin fikrincə, tərcümeyi-hal Hitlerin timsalında “Almaniyanın xilaskarı” obrazını yaratmaq üçün yazılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru