Tramp Danimarkadan yumurta və Qrenlandiyanı istəyir

15-03-2025, 12:18           
Tramp Danimarkadan yumurta və Qrenlandiyanı istəyir
ABŞ Danimarka və digər Aİ ölkələrindən yumurta ixracına icazə vermələrini istəyib. Amerikada yumurtanın qiymətləri kəskin bahalaşdığı üçün belə müraciət edilib.

AzPost bildirir ki, bu barədə Reuters məlumat yayıb.

İstək Trampın Qrenlandiyanı ilhaq etməklə hədələməsi, Aİ-yə tariflər tətbiq etməsi iləə eyni vaxtda səslənib.

Xatırladaq ki, ABŞ-da yumurtanın topdansatış qiyməti tədarükün azalmasına səbəb olan quş qripinin baş verməsi səbəbindən rekord həddə çatıb. Fevral ayında, Trump-ın Ağ Evə qayıtdığı ilk ayda, vəzifəyə gəldikdən dərhal sonra yumurta qiymətlərini aşağı salmaq vədlərinə baxmayaraq, qiymətlər illik 59 faiz artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru