Putin Tokayevə zəng etdi

11-04-2025, 10:24           
Putin Tokayevə zəng etdi
Rusiya və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub.

TASS xəbər verir ki, Vladimir Putin və Qasım-Jomart Tokayev enerji sahəsində əməkdaşlıq və İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə hazırlıq məsələlərini müzakirə ediblər.

Liderlər qarşıdan gələn Qələbə ildönümünün əhəmiyyətini vurğulayıblar. Tokayev Moskvada keçiriləcək bayram tədbirlərində iştirak edəcəyini təsdiqləyib.

Putin həmkarını Rusiya-Amerika dialoqu ilə bağlı məlumatlandırıb.

“Prezidentlər ikitərəfli və beynəlxalq əməkdaşlığın əsas məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.