Trampın kürəkəni Ağ Evdə yaradılan yeni quruma rəhbər təyin edilib

28-03-2017, 08:13           

ABŞ prezidenti Donald Trampın kürəkəni və eyni zamanda müşaviri Cared Kuşner Ağ Ev nəzdində yaradılan İnnovasiya idarəsinə rəhbər təyin edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.

“Bu, daha çevik və qənaətcil hökumətin formalaşmasına imkan yaradacaq”, deyə Ş.Spayser bildirib.

Onun sözlərinə görə, C.Kuşner həmçinin nazirlik və idarələrdə texnologiyaların təkmilləşdirilməsi ilə məşğul olacaq.

Qeyd edək ki, sahibkar və milyonçu Cared Kuşner Trampın qızı İvankanın həyat yoldaşıdır. Yanvarın 10-da onun 36 yaşı tamam olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru