Şotlandiya parlamentində müstəqillik referendumuna dəstək

29-03-2017, 01:20           
Şotlandiya parlamentində müstəqillik referendumuna dəstək
Şotlandiya Muxtar Rəhbərliyinin Baş naziri və Şotland Milli Partiyasının (SNP) lideri Nikola Styurqeonun müstəqillik üçün ikinci referendum çağırışı Şotlandiya parlamentində müsbət həll olunub. Parlamentdə keçirilən səsvermədə vəkillərin 69-u ikinci referenduma dəstək verərkən, 59 deputatdan mənfi cavab gəlib.

İngilis hökuməti İngiltərənin AB-dən ayrılıq prosesi (Brexit) tamamlanmadan Şotlandiyanın müstəqillik referendumuna getməsinə mane olacağını açıqlamışdı. Dünən Styurqeon ilə görüşən baş nazir Tereza Mey “bu anda müstəqillik referendumunun zamanı olmadığını” söyləmişdi.

Şotlandiya 2014-cü ildə İngiltərə, Uels və Şimali İrlandiya ilə birlikdə formalaşan Birləşmiş Krallıqdan ayrılmaq üçün referenduma getmiş, ancaq seçicilərin 55 faizi ayrılmağa qarşı çıxmışdı. Styurqeon
ötən il AB referendumundan əvvəlki açıqlamasında referendumdan “xeyr” çıxması halında, Şotlandiyanın müstəqilliyi üçün yeni bir referendum keçirilə biləcəyini söyləmişdi.

Şotlandiyanın ayrılma qərarı verməsi halında, İngiltərə ilə aralarındakı 1706-cı ildən bu yana davam edən tərəfdaşlığa da son verilmiş olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.