Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin sayı 1 milyonu keçib.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, hərbi qulluqçuların sayı 1 milyon 13 min 628 nəfər müəyyən edilib.
Beləliklə, Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin sayı 13 min nəfər artıb.