Meksikada neft terminalında yanğın baş verib, 17 nəfər xəsarət alıb 30-03-2017, 07:08 Meksikanın Tamaulipas ştatında “Pemex” neft şirkətinin terminalında yanğın baş verib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın terminalda təmir işləri aparılarkən əmələ gəlib. Hadisə nəticəsində 17 nəfər xəsarət alıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir. Qeyd edək ki, martın 16-da Salamanka şəhərində “Pemex”-in terminalında baş vermiş partlayış nəticəsində dörd nəfər ölüb. Facebook-da paylaş