Misirin Qəzza sektoru ilə sərhədində kamikadze özünü partladıb: ölən və yaralananlar var

17-08-2017, 09:05           
Misirin Qəzza sektoru ilə sərhədində kamikadze özünü partladıb: ölən və yaralananlar var
Misirin Qəzza sektoru ilə sərhədində kamikadze özünü partladıb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, partlayış zamanı 1 polis əməkdaşı həlak olub, daha 5 nəfər xəsarət alıb. DİN-in mətbuat katibi İyayət əl-Buz bildirib ki, polis əməkdaşı Misir sərhədi istiqamətində hərəkət edən iki silahlını dayandırmağa cəhd edib. Bu zaman silahlılardan biri özünü partladıb. Partlayış nəticəsində səhra polisi idarəsinin əməkdaşı həlak olub, təhlükəsizlik qüvvələri əməkdaşlarının daha 5 üzvü xəsarət alıb.
Yerli mənbənin məlumatına görə, silahlılar İŞİD üzvləri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru