Səud ailəsində daha bir müəmmalı ölüm - Şahzadə Bandar öldü

17-08-2017, 09:11           
Səud ailəsində daha bir müəmmalı ölüm - Şahzadə Bandar öldü
Səudiyyə kral ailəsinin nümayəndəsi şahzadə Bandar bin Fəhd bin Saad bin Əbdülrəhman əl Səud vəfat edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə kral evinin mətbuat xidməti məlumat yayıb.

Şahzadə avqustun 17-də dəfn ediləcək. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, mayda kral Salman bin Əbdüləziz əl Səudun 90 yaşlı qardaşı Maşal bin Əbdül Əziz, bir həftə əvvəl isə 26 yaşlı Salman bin Saad bin Abdulla bin Turki əl-Saud vəfat edib. Şahzadənin ölüm səbəbi açıqlanmasa da, onun ürək tutmasından öldüyü güman edilir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru