Cənubi Koreya prezidenti: “Koreya yarımadasında müharibə olmayacaq”

17-08-2017, 09:15           
Cənubi Koreya prezidenti: “Koreya yarımadasında müharibə olmayacaq”
Koreya yarımadasında müharibə olmayacaq.

APA-nın “Rönhap” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Cənubi Koreya prezidenti Mun Çje İn bəyan edib.

“Tam əminliklə bəyan edirəm - Koreya yarımadasında heç vaxt müharibə olmayacaq. Hərbi gücdən istifadə ABŞ-a Şimali Koreyaya təzyiq göstərmək üçün lazımdır. Bu heç də dərhal hərəkətə keçid demək deyil. ABŞ və prezident Tramp Cənubi Koreya ilə birgə istənilən nizamlama yolunu müzakirə etməyə hazırdır”, deyə Cənubi Koreya prezidenti qeyd edib.

Bununla belə Mun Çje İn vurğulayıb ki, Şimali Koreya üçün “qırmızı xətt” nüvə başlığının yaradılmasıdır və rəsmi Pxenyan bu xətdə artıq yaxınlaşıb: “Hər halda Şimali Koreya ilə dialoq yalnız müəyyən şərtlər əsasında mümkündür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru