KXDR Yapon dənizinə növbəti ballistik raket buraxıb

26-08-2017, 08:46           
KXDR Yapon dənizinə növbəti ballistik raket buraxıb
Koreya Xalq Demokratik Respublikası (KXDR) növbəti ballistik raket buraxıb.
"Report" xəbər verir ki, bu barədə "Renxap" agentliyi Cənubi Koreyanın hərbçilərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Şimali Koreya raketi özünün şərq sahilləri yaxınlığından dənizə buraxıb.
"Biz əlavə analizlər aparacağıq və təfərrüatları aydınlaşdıracağıq. Baş verənlər barədə prezidentə dərhal xəbər verilib", - deyə Cənubi Koreyanın Müdafiə Nazirliyinin nümayəndəsi bildirib. Cənubi Koreyanın hərbçiləri KXDR-in buraxdığı növbəti ballistik raketin 250 kilometr uçduğunu əlavə ediblər.
Yaponiyanın "Kiodo" agentliyi isə növü müəyyən edilməmiş raketin Kanvondo vilayətindən Yapon dənizinə buraxıldığını bildirib. Agentlik xəbər verir ki, ola bilsin söhbət ballistik raketdən gedir.
Bu, KXDR-lə ABŞ arasındakı təhdidlərdən sonra ilk raket buraxılışıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.