Model qızlarla it kimi davranan milyarder... (FOTO)

26-07-2015, 11:30           
Model qızlarla it kimi davranan milyarder... (FOTO)
Bu insanlar yəqin ki, yayı boşa keçirə biləcəkləri barədə heç vaxt narahat olmurlar. Hər halda, milyarderlərin bir barmaq çırtması ilə özlərinin istənilən şıltaqlıqlarını reallaşdırmaq imkanları var.

ANS PRESS planetin ən varlı insanların Instagram səhifəsində yerləşdikləri fotolarla onların yayı necə keçirdiklərini təqdim edir:

"İnstaqram kralı" adlandırılan 34 yaşlı milyarder Den Bilzerian poker oynamaqla varlanıb. Onun İnstaqram səhifəsində 11 milyon izləyiçisi var.

Den demək olar ki, paylaşdığı bütün şəkillərdə boş vaxtını keçirdiyi yarıçılpaq qızlarla birlikdədir. O, heyrətamiz dərəcədə ədəbsiz gecələr təşkil etmək həvəskarıdır. Belə bir şənliklərin birində o, pornoulduz Cenis Qriffiti üçüncü mərtəbədən həyətdəki hovuza atmışdı. Nəticədə 19 yaşlı pornoulduzun ayağı sınmışdı.

Artıq iki dəfə ürəktutması keçirən 34 yaşlı Bilzerian ekstrim həvəskarı kimi tanınır. Den iyul ayının ortalarında hellikopterdən suya tullandığı zaman çəkilən fotosunu sosial şəbəkədə paylaşmışdı.


Milyarder Toni Tutunini "İnstaqramın yeni kralı" adlandırmaq olar. 42 yaşlı biznesmen 1 milyon izləyicinin müntəzəm şəkildə izlədiyi İnstaqram səhifəsində ekstravaqant həyat tərzini həvəslə nümayiş etdirir.
İranlı qaçqın ailəsindən çıxmış Toni var-dövlətini ABŞ-da qazanıb və biabırçı əyləncələr ilə məşhurdur. O, yay istirahətini model görünüşlü yarıçılpaq qızlarla keçirir.
Tutuninin İnstaqram səhifəsi pul dəstələri, silah, şəxsi təyyarələr, çox bahalı avtomobillər və lüt gözəlçələrin fotoları ilə doludur.

Mister Keating ləqəbi altında gizlənmiş milyarder isə Den Bilzerinanın havadarlıq etdiyi adamdır. Praktiki olaraq onun barəsində heç nə məlum deyil. Bundan əlavə, o da "İnstaqram kralı" kimi pul içində üzür və səhifəsinə yarıçılpaq qızlarla, pullarla və silahlarla birlikdə fotolarını paylaşır. 200 min izləyicisi olan milyarderin izləyicilərinin sayı sürətlə artır.

Mister Keating tez-tez Denin özünün İnstaqramında və fotolarında da peyda olur.


"Lord Aleem" kimi məşhur olan 20 yaşlı britaniyalı milyarder Alim İqbal amerikalı "həmkarlarından" fərqli olaraq daha ciddi istirahət edir. Alimin İnstaqramında lüt qızlar və pul dəstələri yoxdur, yalnız bahalı avtomobillərdir.

Bahalı idman avtomobillərilə yanaşı onun retro avtomobillər kolleksiyası var.

Azərbaycanın zəngin uşaqlarının İnstagramda paylaşdıqları təm-təraqlı, cəh-calallı fotolarını isə bu linkdən izləyə bilərsiz: Azərbaycanın zəngin uşaqları İnstagramda












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.