“Qərb Türkiyəni itirməyin bədəlini ağır ödəyəcək” - CNN-dən Trampa xəbərdarlıq

15-08-2018, 10:13           
“Qərb Türkiyəni itirməyin bədəlini ağır ödəyəcək” - CNN-dən Trampa xəbərdarlıq
ABŞ hökumətinin Türkiyəyə qarşı iqtisadi savaşa başlamasını “CNN İnternational” şərh edib.
“Ölkə.Az” xəbər verir ki, kanalın analizində ABŞ hökumətinə xəbərdarlıq edilib: “Qərb Türkiyəni itirməyin bədəlini ağır ödəyəcək”.

Türkiyə iqtisadiyyatını hədəf alan Trampa reaksiyalar getdikcə böyüyür. Bu sıraya CNN kanalı da qoşulub:

“Türkiyədəki qeyri-sabitliyin sərhədlərindən kənarda nəticələr yarada biləcək və ölkəni idarə edən kim olursa olsun Türkiyənin cazibə mərkəzini Qərbdən Rusiya, İran və Avrasiyaya doğru dəyişməyə çalışacaq”.
Yazıda Türkiyədə ola biləcək qeyri-sabitliyin sərhədlərdən kənarda da nəticələr yaradacağı qeyd edilib:

“Türkiyə artıq ABŞ-ı etibarlı partnyor və strateji bir müttəfiq kimi görməyəcək. Türkiyədə hakimiyyətdə kim olsa da, cazibə mərkəzini Qərbdən Rusiya, İran və Avrasiyaya doğru dəyişəcək”.

Yazıya əsasən Türkiyə böhran dərinləşdikcə ciddi addımlar atacaq: “Türkiyə fövqəladə vəziyyətdə NATO-dan çəkiləcək və Avropa İttifaqı ilə gömrük müqaviləsinə son vermək kimi radikal addımlar ata bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru