Bu ölkə stasionar telefonlardan imtina edir

28-08-2018, 08:09           
Bu ölkə stasionar telefonlardan imtina edir
Fransanın telefon rabitəsi operatoru “Orange” 2018-ci il noyabrın 15-dən stasionar telefon rabitəsinə yeni abunəçilərin abunəliyinin dayandırılmasını rəsmən elan edib. Parisdə ilk telefon şəbəkəsinin yaradılmasından 139 il sonra Fransa kabel telefoniyası üçün stasionar rabitə xətlərinin istifadəsindən tədricən imtina mərhələsinə keçir.

Teleqraf.com “İKTnyus”a istinadən xəbər verir ki, ənənəvi telefon rabitəsindən istifadə edən fransalı istifadəçilər tezliklə öz abunə xətlərini internet-telefoniya ilə əvəz etməli olacaqlar. İndiki stasionar telefonlardan internet-telefoniyaya keçid bir neçə il ərzində həyata keçiriləcək.

Noyabrdan etibarən evdə telefon xətti qoşmaq istəyən “Orange” operatorunun bütün müştərilərinə internet-router vasitəsilə qoşulma təklif ediləcək. İnternet-telefoniyaya keçid prosesi 2023-cü ilədək tamamilə başa çatdırılmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru