RAMİZ MEHDİYEV NİKOLAY PATRUŞEVLƏ GÖRÜŞDÜ –Xəzərin hüquqi statusu müzakirə edilib

22-11-2018, 07:08           
RAMİZ MEHDİYEV NİKOLAY PATRUŞEVLƏ GÖRÜŞDÜ –Xəzərin hüquqi statusu müzakirə edilib
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Moskvada Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə Xəzər dənizinin hüquqi statusunu müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə TŞ-nin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: “Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Rusiya və Azərbaycanın müxtəlif nazirlik və idarələrin qarşılıqlı fəaliyyət perspektivləri, terrorizmə qarşı mübarizə məsələləri, həmçinin Xəzər dənizinin hüquqi statusu məsələsi müzakirə olunub”.

Xatırladaq ki, avqustun 12-də Aktauda keçirilən Xəzəryanı ölkələrin sammitinin yekunu üzrə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusu haqında Konvensiya imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru