Sabiq MTN generalının başı dərddə: İstintaq Hilal Əsədova daha bir addım yaxınlaşır
10-02-2016, 10:39
Milli təhlükəsizlik nazirinin keçmiş müavini Hilal Əsədovun da başının üstünü qara buludlar almasıyla bağlı moderator.az-a məlumat daxil olub. Bildirilir ki, MTN işi fırtınasının ilk zərbəsindən minimum itkilərlə qurtulan (yəni digərlərindən fərli olaraq sadəcə işdən kənarlaşdırılıb, nə intihar edib, nə də həbsdədir) generalın da növbəti mərhələdə istintaqa cəlb edilə biləcəyi ehtimalları artıb. Bunun Eldar Mahmudovla bağlı veriləcək son qərardan asılı olacağı deyilir və keçmiş nazirin gələcək aqibəti eyni zamanda onun müavinin də taleyinə aydınlıq gətirmiş olacaq…
Bu azmış kimi Hilal Əsədovun 14 saylı poliklinikanın baş həkimi işləyən xanımı Nüşabə Əsədovanın da işindən kənarlaşdırılacağı təhlükəsi yaranıb. Belə ki, adının çəkilməsini istəməyən mənbənin məlumatına görə, poliklinikanın baş həkiminin fəaliyyəti barəsində məxfi araşdırmalara başlanılıb və “çp”lər axtarışına çıxılıb. Əgər araşdırma nəticəsində qanun pozuntuları aşkarlansa? bundan onun həyat yoldaşının əleyhinə bir alət kimi də istifadə oluna biləcəyi ehtimalı var.
PS.Məsələyə aydınlıq gətirmək üçün gün ərzində Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə yaratmağa cəhd etsək də, cəhdlərimiz səmərə vermədi. Xatırladırıq ki, mövzu ilə bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.