"Podolyakı türkiyəyə qarşı "dolduranlar" var"- Türkiyəli ekspert

29-08-2023, 09:34           
"Podolyakı türkiyəyə qarşı "dolduranlar" var"-
Ukrayna prezidentinin müşaviri Mixailo Podolyak Türkiyənin Rusiya ilə taxıl sazişinin uzadılmasına dair danışıq cəhdlərini pisləyib. Podolyak, Ankaranın davamlı olaraq Moskvanı taxıl müqaviləsini uzatmağa razı salmağa çalışmasının mənasız olduğunu deyib.

Mövzu ilə bağlı News24.az-a danışan beynəlxalq əlaqələr üzrə türkiyəli mütəxəssis İsmail Cingöz bildirdi ki, Rusiya-Ukrayna münaqişəsinin başladığı gündən etibarən Türkiyə yeganə hər iki ölkə ilə münasibətləri tərəfsiz şəkildə danışıqlar yolu ilə həll etməyə çalışan yeganə dövlətdir və davam etdirir:

"Türkiyənin sözügedən mövqeyi başda Birləşmiş Ştatlar daxil olmaqla Qərbi narahat edirdi. Nəticə etibarilə Türkiyənin son vaxtlar “Taxıl müqaviləsi” barədə Rusiya və Ukrayna ilə yenidən dialoqlara başlaması Qərbin və ABŞ-ın yenidən narazılığına səbəb oldu. Buna səbəb pərdəarxasında Türkiyənin həlledici mövqeyə sahib olmasıdır. Göründüyü kimi, sözügedən ölkələr bunu istəmir. Türkiyənin bölgədə aktiv şəkildə həyata keçirdiyi siyasəti eyni zamanda təsirli pozisiyada olması Qərbə sərf etmir”.

O bildirdi ki, bu xüsusda Ukrayna prezidentinin müşaviri Mixailo Podolyakın Türkiyəni Rusiya qarşısında mənfi situasiyaya salması, tənqid etməsi fonunda ağıla ilk gələn ehtimal odur ki, kimsə Podolyaka bu sözləri diktə edib , ona təsir edib:

"Çünki Ukrayna münaqişəsinin təkidlə davam etməsini istəyən Birləşmiş Dövlətlər Ukraynanı Rusiya üzərindən Türkiyəyə qarşı istifadə etməyi planlaşdırır. Onsuzda Ukrayna müharibəsi ssenarisi ilə ABŞ uzun müddətdir ki, Türkiyəni mühasirəyə almaq əməliyyatını həyata keçirməyə çalışır. Buna misal olaraq Yunanıstana yüz mindən artıq əsgər bununla və bir sıra hərbi texnikası müharibə gəmilərini və savaş təyyarələrini toplaması Amerikanın Türkiyəyə qarşı əməliyyata başlamaq istəyindən xəbər verir. Dolayısı ilə Türkiyənin Ukrayna-Rusiya münaqişəsi üzərindən “Taxıl sazişi” istiqamətində ön plana çıxması ABŞ-narahat etməyə davam edir. Podolyakın açıqlaması, xüsusən də Ukraynanın son zamanlar aqressiv münasibəti Türkiyənin məcburən bir tərəf seçməsinə gətirib çıxara bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.