Avropa Azərbaycan məktəbi sakinləri CANA DOYURUB - GİLEY

29-08-2023, 13:34           
Avropa Azərbaycan məktəbi sakinləri CANA DOYURUB - GİLEY
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun qurucusu olduğu Avropa Azərbaycan məktəbi yaxınlıqdakı binalarda yaşayan sakinləri təngə gətirib. Təhsil ocağının soyutma səsi sakinlərin hər gün qulaqlarını və beynini “terror” edir. Tribunainfo.az yazır ki, jurnalist Aynur Elgünəş də narazılıq edən sakinlərdən biridir. Həmin qulaq batıran və beyinə psixoloji təsir edə səsi sosial mediada paylaşan jurnalist deyir ki, məktəb rəhbərliyinə şikayət edilib. Amma əcaib cavab alıb. Rəhbərlikdən deyilib ki, dünyanın hər yerində guya belədir və soyutma sistemlərindən bu cür səs gəlir. Sosial media istifadəçiləri isə şərhdə bunu absurd yalan adlandırıblar. Həqiqətən də bu səsi eşitdikdə əsəblər tarıma çəkilir. Maraqlıdır, öz yaşadıqları ərazidə adamın psixikasına təsir edən bu səs hər gün mənzillərinin işində eşidilsəydi, necə olardı?













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru