DGK məmuru sənədləri necə saxtalaşdıra bilib?

31-08-2023, 00:12           
DGK məmuru sənədləri necə saxtalaşdıra bilib?
Ötən gün Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsinə qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət işi başlanıb.
DGK vəzifəlisi Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan 45 avtomobilə aid sənədləri saxtalaşdırıbmış.
Maraqlıdır ki, əməliyyat-axtarış tədbirləri məhz DGK-nın Korrupsiyaya qarşı Mübarizə qurumuna müraciəti əsasında olub.
Bütün bunlar diqqətçəkən və təqdirəlayiq addımlardı.
Amma burada daha bir diqqət çəkən məqam var.
DGK rəqəmsallaşma səviyyəsi yüksək olan qurumlardandır. Nəhəng rəqəmsal resursu, VAİS sistemi var. Onlarla elektron xidməti, rəqəmsal həlləri var.
Burada bütün proseslər rəqəmsallaşıb.
Yəni, nəinki ölkəyə daxil olan hansısa bir mal, hətta sərhəddən bir quş keçsə də bu, dərhal DGK -nın rəqəmsal sistemlərinə "oturmalıdır".
Hətta, sistem elə qurulub ki, DGK rəhbərliyi real vaxtda bu proseslərə nəzarət edə bilir, sonradan baş verənləri yenidən analiz edə bilir.
Belə olan halda, DGK-nın hansısa bir məmurunun sənədləri saxtalaşdırmağı qəribə gəldi mənə.
Bu necə ola bilər?
Bəlkə DGK yenidən kağıza keçib ? Bəlkə kimlərsə qeyri-qanuni olaraq informasiya sistemlərinə giriş əldə edib və sistemdə istədikləri dəyişiklikləri edə bilirlər?
Əlbəttə, bu sualların cavabı DGK-dır.
Həm də, əgər DGK -nın məlumatı əsasında əməliyyat-axtarış baş tutubsa, düşünmək olar ki, boşluqların haradan qaynaqlanması da quruma məlum olub.
Ümid edirəm DGK baş verənlərin təkrarlanmaması üçün də ciddi tədbirlər görüb.
Osman Gunduz












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.