Türkün çörəyi… Və yaxud, qidaların "milli mənsubiyyət"i haqda mühazirə...

31-08-2023, 15:51           
Türkün çörəyi…
21-ci əsrin 1-ci rübündə orta əsrlərin mağara-qəbilə zehniyyəti ilə yaşayan ermənilərin əcaib anlayışına görə, bəli, sən demə, insanlar kimi qidaların da (o cümlədən meyvələrin, giləmeyvələrin, bostan bitkilərinin və hətta heyvanların da) milli-etnik mənsubiyyəti varmış. Bunu bugünlərdə bir erməni qadının “Acından ölərik, amma türk çörəyi yemərik”, deyə isterik şəkildə səsləndirdiyi kinli ifadədən öyrənmiş olduq.
Həmin qadının videosunu yəqinki hamınız izləmisiniz. Əsgəranda qeyri-qanuni məskunlaşmış Armine Xaçatryan adlı sözügedən erməni qadın məlum alçaq fikiri Xankəndiyə humanitar yük aparan maşınlarımızı əraziyə buraxmamaq üçün separatçıları Ağdam-Xankəndi yoluna getməyə çağırarkən səsləndirib.
Əslində bir tərəfdən yaxşıdır ki, o qadın belə bir iyrənc fikiri dilə gətirdi və ermənilərin türk millətinə faşist-irqçi nifrətini ortaya qoymaqla özlərini bir daha ifşa etdi.
İkincisi isə, bir daha məlum oldu ki, Xankəndidə yaşayan erməniəsilli Azərbaycan vətəndaşları heç də ac deyillər və orada hazırda heç bir “humanitar böhran” flan da yoxdur. Sadəcə olaraq ermənilər və onlara qoşulan fransızlar, kanadalılar, belçikalılar və sair bu kimi türk-islam düşmənləri məqsədyönlü şəkildə siyasi şou yaradırlar.
Görünən budur ki, Azərbaycan təkcə bu şounu, bu manipulyasiya cəhdlərini, feyk-xəbər, dezinformasiya oyunlarını ifşa etməklə kifayətlənməməli, eyni zamanda bir neçə nüfuzlu beynəlxalq qida mütəxəssislərini də dəvət etməlidir ki, onlar da həm ermənilərə, həm də ermənilərin fransız, kanadalı, belçikalı “bacı”larına qidaların, ərzaqların (xüsusən də unun, çörəyin) milli mənsubiyyətinin olmadığı barədə mühazirə oxusunlar.
Bəli, bu kütbeyin, cahil yığınına ən elementar bilgilər belə başa salınmalıdır. Başa salınmalıdır ki, qidalar sadəcə coğrafi-iqlim şərtlərinə görə fərqlənə bilərlər və hansısa spesifik xüsusiyyətlərə malik ola bilərlər. Məsələn, Qazaxıstan taxılından alınmış unla Ukrayna taxılından hazırlanmış unun müəyyən dad-qoxu fərqləri ola bilər. Lakin bu o demək deyil ki, kimsə durub iddia eləsin ki, bəli, o unlar bir-birindən fərqlənməliydi, çünki biri xaxol unudur, digəri isə qazax (türk) unu. Belə bir sərsəm fikirə düşmək üçün sadəcə yelbeyin olmaq lazımdır.
Bəllidir ki, bu gün dünyada istehsal olunan çörəklər də, yağlar da, ətirlər də, şərablar da, şirələr də hamısı bir-birindən fərqlənir. Lakin milli mənsubiyyətinə görə yox, istehsal olunduğu ölkəyə görə, istehsal üsuluna görə, inqrediyentlərinə görə, klimatik xüsusiyyətlərinə görə fərqlənirlər. Məsələn, fransız şərabları fransız olduqlarına görə yox, Fransada istehsal olunduğuna görə “fransız şərabı” adlanırlar.
Təəssüf ki, “qədim və müdrik” ermənilər hətta bu qədər adi, elementar bir həqiqətləri də ayırd edə bilmirlər. Və bizim də ilin-günün bu vədəsində belə bir debilizmlə mübarizə aparmaq, erməniləri tutub birbəbir maarifləndirmək dərdimiz var.
Xankəndidəki qondarma rejimin başında duran separatçılar isə Armine Xaçatryan kimi təbliğat yoluyla beyni yuyulan, zombiləşdirilən ermənilərdən fərqli olaraq ərzaq məhsullarının, o cümlədən də unun milli kimliyinin mövcud olmadğını hamıdan yaxşı bilirlər. Lakin onlar məhz Bakının göndərdiyi yüklərin qəbul edilməməsi üçün bu cür rasizm xarakterli təbliğatlar aparıb sıravi ermənilərin millətçi hissləri ilə oynayır və onları manipulyasiya edirlər. Zombiləşmiş sıravi ermənilər isə bu təbliğat “zibil”ini çox rahatca “yeyirlər”. Çünki türkəfobiya, Azərbaycana nifrət hissləri onlara ayıq düşünməyə, sağlam fikirləşməyə və separatçıların oyunlarını dərk etmələrinə imkan vermir.
P.S.
Azərbaycan XİN-i və diasporumuz, mediamız isə separatçıların “Acından ölərik, amma türk çörəyi yemərik” inkarçı fəlsəfəsini bütün dünyada ifşa etmək üçün sistemli iş aparmalıdır. Bəli, ermənilər belə bir inkarçı sloqanı ortaya atmaqla onların irqçi-faşist xislətini ifşa etməyimiz üçün özləri bizə əla fürsət veriblər.
P.P.S.
Yeri gəlmişkən, türkün çörəyini yeməkdən hirslə, hikkəylə imtina edən bir toplum türkün torpağında yaşamaqdan da eynən belə könüllü surətdə əl çəkməlidir.
Beybala Mirzeyev
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.